Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları baş tutacaq

18.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bu gün kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçiriləcək.

"Report" xəbər verir ki, IX turda qadınların mübarizəsində “Azəryol” “Qarabağ”ı sınağa çəkəcək.

Qarşılaşma saat 11:00-da baş tutacaq.

Kişilər arasında isə XI turda "Bakı" "Kür" komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 13:00-da səslənəcək.

Qeyd edək ki, hər iki görüş “AHF Arena”da reallaşacaq.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью