Kişi və qardaşı oğlu maşında dəm qazından öldü

15.01.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью