Kişi voleybolçular arasında Azərbaycan çempionatında turun proqramı bəlli olub

09.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oyunlar dekabrın 10-11-də keçiriləcək.

Dekabrın 10-da MOİK - “Xilasedici” görüşü saat 15:00-da, "Azərreyl" - "Gənclər" qarşılaşması saat 17:00-da start götürəcək.

Növbəti gün saat 15:00-da isə “Murov Az Terminal” və "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.

Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью