Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura start verilib

10.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib..

Günün ilk matçında “Xilasedici” MOİK-i 3:0 hesabı ilə məğlub edib. Eyni hesabla "Azərreyl" "Gənclər" komandasını üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.

Qeyd edək ki, dekabrın 11-də, saat 15:00-da isə “Murov Az Terminal” ilə "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью