Kişi voleybolçular arasında Yüksək Liqa başlayır

04.12.2024

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqaya start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Murov Az Terminal” MOİK-lə üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq.

Daha sonra "Neftçi" və "Azərreyl" münasibətlərə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

Qeyd edək ki, I tura dekabrın 5-də “Gənclər” - “Xilasedici” oyunu ilə yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью