Icma.az bildirir, Qaynarinfo portalına istinadən. "Uzun müddət tək qalmaq insanı depresiyaya salır. Bu da intiharla nəticələnir".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub boşanma hallarının kişilər üçün ciddi psixoloji təhlükə yaratmasının səbəblərindən danışarkən deyib.
Sosioloq İsveçdə insanların 35%-in evdə tək yaşadığını bildirib: "İsveç dünyada intihar hallarına görə ilk beşinci yerdədir.
Həmçinin sosial təminat baxımından da ilk beşlikdədirlər. Çünki insanların maddi baxımdan heç bir sosial problemi yoxdur.
Amma intihar halları da çoxdur. Niyə? Bu birbaşa insanın tənhalığı ilə əlaqəlidir. Tənhalıq və özünəqapanma...
İnsan uzun müddət epizodik tənha qala bilər. Günün bir saatını tənha otağı çəkilsin, fikirləşsin, kitab oxusun, musiqi dinləsin".
Mail Yaqub hesab edir ki, insan fiziki olaraq tək qalmamalıdır: "Bu insanı depresiyaya salır.
İnsan daima ünsiyyətdə, mütləq təmasda, dialoqda olmalıdır. Fiziki görüşlərdə iştirak etməlidir.