Kişilər hansı halda boşana bilməzlər? CAVAB | Icma.az
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti kişinin hansı hallarda boşana bilməməsi ilə bağlıdır.
Lent.az xəbər verir ki, Ailə Məcəlləsinin 15-ci maddəsi ilə arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmasına məhdudiyyət qoyulur: Uşağın ölü doğulması da, qanunun müddətinə təsir etmir: “Ailə Məcəlləsinin 15-ci maddəsinin tələbinin uşağın 1 yaşına çatanadək ölməsi halına şamil olunub-olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, arvadın razılığı olmadan ər uşağın doğulmasından sonra 1 il müddətində nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Qanunun müəyyən etdiyi 1 il müddətində məhdudiyyət uşağın bir neçə aydan sonra ölməsi faktı ilə əlaqələndirilmir və onun ölümü də 1 illik müddəti aradan qaldırmır” Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu