Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. "Qadinlar zorakılıqla üzləşdikdə bir çox hallarda hüquq–mühafizə orqanlarına müraciət
Amma mentalitetimiz belədir ki, ümumiyyətlə kişilər bu barədə danışmağı özlərinə sığışdırmırlar.
Bəlkə də kişilərin az yaşamasının səbəblərindən biri də budur".Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin noyabrın 7-də keçirilmiş iclasında millət vəkili Qüdrət Həsənquliyevin səsləndirdiyi bu fikirlər xüsusilə diqqət çəkib.Qeyd edək ki, təkcə Azərbaycanda deyil, dünyada ümumilikdə kişilər qadınlardan təxminən 5-7 il daha az yaşayır.
Bu fərq ölkədən və sosial-iqtisadi amillərdən asılı olaraq dəyişir.
Məsələn: İnkişaf etmiş ölkələrdə, xüsusən də Avropa və Şimali Amerikada qadınların ömrü kişilərdən ortalama 6-8 il daha çox ola bilir.Daha az inkişaf etmiş ölkələrdə isə fərq bir qədər az ola bilir, lakin yenə də qadınlar kişilərdən daha çox yaşayır.Azərbaycanda da kişilərin orta ömrü qadınlarınkından təxminən 6-8 il azdır.Belə ki, son statistikaya görə, Azərbaycanda kişilərin orta ömrü təxminən 71-73 il, qadınların isə 77-79 il civarındadır.
Bu rəqəmlər müxtəlif illərdə dəyişə bilsə də, ümumilikdə qadınların ömrü kişilərdən təxminən 6-8 il daha uzun olur.Bəs kişilərin qadınlardan daha az yaşamasının səbəbi nədir?Mütəxəssislər qeyd edir ki, bunun bir neçə əsas səbəbi var:1.Bioloji amillər: Kişilərin hormon səviyyələri və genetika faktorları ömrü qısalda bilər.
Məsələn, testosteron hormonu, kişilərin daha riskli davranışlara meyl etməsinə səbəb ola bilər.
Həmçinin, kişilərin immun sistemi qadınlarınkı qədər güclü olmaya bilər.2.Davranış fərqlilikləri: Kişilər riskli davranışlara daha çox meyllidirlər, məsələn, ağır fiziki işlərdə çalışmaq, təhlükəli idmanlarla məşğul olmaq və ya riskli həyat tərzi sürmək.