Icma.az bildirir, Konkret.az portalına istinadən. “Qadınlar zorakılıqla üzləşdikdə bir çox hallarda hüquq-mühafizə orqanlarına müraciət etmə
Amma mentalitetimiz belədir ki, ümumiyyətlə kişilər bu barədə danışmağı özlərinə sığışdırmırlar.
Bəlkə də kişilərin az yaşamasının səbəblərindən biri də budur”.
KONKRET.az xəbər verir ki, Milli Məclisin noyabrın 7-də keçirilmiş iclasında millət vəkili Qüdrət Həsənquliyevin səsləndirdiyi bu fikirlər xüsusilə diqqət çəkib.
Qeyd edək ki, təkcə Azərbaycanda deyil, dünyada ümumilikdə kişilər qadınlardan təxminən 5-7 il daha az yaşayır.
Bu fərq ölkədən və sosial-iqtisadi amillərdən asılı olaraq dəyişir.
Məsələn: İnkişaf etmiş ölkələrdə, xüsusən də Avropa və Şimali Amerikada qadınların ömrü kişilərdən ortalama 6-8 il daha çox ola bilir.
Daha az inkişaf etmiş ölkələrdə isə fərq bir qədər az ola bilir, lakin yenə də qadınlar kişilərdən daha çox yaşayır.