Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Onkoloq Liana Sadıqova kişilərdə döş xərçənginin əlamətlərini açıqlayıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu xəstəlik qadınlarda daha çox olsa da, kişilərdə də rast gəlinir.
Okoloqa görə, döş xərçəngi 100 haldan 1-i kişilərdə görülür:
"Hər şiş xərçəng deyil. Kişilərdə hormonal səbəbdən döş böyüməsi (ginekomastiya) daha çox olur. Amma bunu adi gözlə xərçəngdən ayırmaq olmur. Döşdə məmə ucunun altında bərk və adətən ağrısız düyünün yaranıb böyüməsi, məmə ucunun içəri çəkilməsi və formasının dəyişməsi, məmə ucundan şəffaf və ya qanlı axıntının gəlməsi, döş dərisində qızartı, qabıqlanma və yaranın əmələ gəlməsi, həmçinin qoltuq altında düyünlərin böyüməsi döş xərçənginin əsas əlamətləridir. Kişilər bu xəstəlikdən xəbərsiz olduğu üçün həkimə gec gedirlər".
Həkim bildirib ki, ailəsində xərçəng olanlar, BRCA genini daşıyanlar, Klaynfelter sindromu olanlar, artıq çəkili və qaraciyər xəstəsi olan kişilər döş xərçəngi üçün risk qrupuna daxildir.
Onkoloq xəbərdarlıq edir ki, döşdə yeni yaranan, hətta ağrısız düyün belə mütləq yoxlanılmalıdır. Şübhə varsa, mammoloq və ya onkoloqa getmək, USM və biopsiya etdirmək lazımdır.
Gülşən Şərif