Kişilərdə sidiyə gedəndə ağrı, gücənmə hissi Artıq problem yaranıb UROLOQ | Icma.az
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Prostat vəzinin böyüməsi normaldır, amma nəzarət edilməlidir.
40-50 yaşından sonra kişilərin əksəriyyətində bu problem üzə çıxır”. Bunu Saglamolun.az-a uzman uroloq Elbəyi Daşdəmirli deyib.
Həkimin sözlərinə görə, prostat vəzi alt sidik yollarında sidik kanalının ətrafında yerləşmiş vəzdir: “Sağlam prostat vəzi təqribən şabalıd ölçüsündə, yəni 15-25 qram həcmində olur.
İnsan yaşlandıqca prostat vəzi də böyüyür, ölçüsü dəyişilir. Əsasən, 40-50 yaşlarında bunu müşahidə etmək mümkündür.
Böyüdükdə isə sidiklə bağlı problemlərin meydana gəlməsi mümkündür.
Prostat vəzinin böyüməsinə səbəb yalnız yaşlanma deyil, eyni zamanda kişilərdə baş verən hormonal dəyişkliklər də ola bilər.
Böyüyən prostat vəzi sidik kanalını sıxmağa başlayır və problem yaradır”.
Uroloq qeyd edib ki, yaranmış problemlərin simptomları müxtəlif ola bilər: “Ən çox müşahidə edilən şikayətlər tez-tez sidiyə getmə, gecələr bir neçə dəfə sidik ifrazı, ani sidikgəlmə hissiyatı, sidiyi saxlaya bilməməkdir.
Tam oxu
Xəbəri oxu