Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hill” restoranında "23 Fevral – Kişilər günü" adı altında bayram konsertində çıxış edəcək müğənnilər Azərbaycanı işğal edən ordunun yarandığı günü səhnəyə çıxmaqlarına tənqidi yanaşanlara cavab veriblər.
Müğənni Nura Suri Teleqraf-a açıqlamasında deyib ki, o, fevralın 23-də "Hill" restoranında səhnəyə çıxacaq: "O zaman İslam ölkəsi olduğumuz üçün Yeni ili də bayram kimi qeyd etməyək.
Axı Yeni il xristianların bayramıdır, eləcə də bir çox bayramlar.
Kişiləri təbrik etmək üçün bir gün seçiblər və insanlar da həmin günü kişilərin bayramı kimi qeyd edirlər.
Yaşlı nəsil arasında Sovet ordusunda xidmət edən insanlar olublar, mənim atam da daxil olmaqla.
Onlar üçün 23 fevral "Kişilər günü" kimi qeyd edilir. Məsələn, mən 23 fevralda heç vaxt heç kimi təbrik etmirəm.
Amma görürəm ki, atam və bəzi insanlar buna görə məndən inciyirlər. Atam Qarabağ müharibəsi veteranıdır.