Kişilərin övlad sahibi olması üçün ideal yaş müəyyən edildi

27.11.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kişilərin ata olması üçün bioloji baxımdan ən münasib dövr 25-35 yaş aralığı hesab olunur. Bu yaşlarda spermatozoidlərin keyfiyyəti adətən daha yüksək, genetik zədələnmə riski isə nisbətən aşağı olur.

Qaynarinfo xəbər verir ki, bu barədə uroloq-androloq Karen Mkrtçyan “Gazeta.ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, bu yaş həddi sərt qayda deyil və 35 yaşdan sonra ata olmağı planlaşdıran kişilər üçün hər hansı məhdudiyyət anlamına gəlmir. Kişilər qadınlarla müqayisədə daha uzun müddət reproduktiv qabiliyyətlərini qoruyurlar. Bununla belə, yaş artdıqca spermanın keyfiyyətində müəyyən dəyişikliklər baş verir.

Mütəxəssis qeyd edib ki, 40 yaşdan sonra spermanın həcmi, spermatozoidlərin hərəkətliliyi və forması ilə bağlı göstəricilər zəifləyə, onların DNT-sində zədələnmələrin sayı arta bilər. Bu isə hamiləliyin baş tutması üçün tələb olunan müddətin uzanmasına səbəb ola bilər. Kişinin 40, qadının isə 35 yaşdan yuxarı olması halında fertilliyin azalması daha nəzərəçarpan olur.

Mkrtçyan çox erkən yaşda ata olmağın da optimal seçim sayılmadığını vurğulayıb. Onun sözlərinə görə, 20 yaşdan aşağı ataların uşaqlarında vaxtından əvvəl doğuş, aşağı çəki, Apqar şkalası üzrə zəif göstəricilər və körpə ölümü hallarının daha çox qeydə alındığını göstərən tədqiqatlar mövcuddur. Bu fərqlərin bir hissəsi ananın yaşı və digər xüsusiyyətlər nəzərə alındıqdan sonra da müşahidə edilib.

Həkim əlavə edib ki, yaş artdıqca spermatozoidlərin yaranması prosesində yeni genetik dəyişikliklər meydana çıxa bilər. Bəzi elmi araşdırmalarda atanın yaşının uşaqlarda autizm spektri pozuntuları, şizofreniya və digər neyropsixiatrik problemlərin riski ilə əlaqəsi göstərilib. Lakin mütəxəssis bu riskləri şişirtməməyə çağırıb: ehtimal artsa da, mütləq göstəricilərdə yüksək deyil.

Uroloq hesab edir ki, ailə, iş və şəxsi şərait imkan verirsə, kişilər üçün ata olmağı planlaşdırmaq baxımından 20-35 yaş aralığı daha məqsədəuyğundur. Bununla yanaşı, 45 yaşında da sağlam övlad sahibi olmaq mümkündür. Sadəcə, belə hallarda əvvəlcədən reproduktiv sağlamlığın yoxlanılması tövsiyə olunur.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью