Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli aktrisa Rabia Soytürk həmkarı Deniz Çakırın gündəm yaradan "Qadınların rəf ömrü varmış kimi baxılır" fikirlərinə münasibət bildirib. Etilerdə görüntülənən aktrisa həm şəxsi həyatı, həm də sektordakı bərabərsizliklər barədə maraqlı açıqlamalar verib.
Demokrat.az-ın məlumatına görə Deniz Çakırın kişilərin eyni qaldığı, qadınların isə daim "yenilənməli" olduğu barədə tənqidi ilə razılaşan Rabia Soytürk bu vəziyyətdən narazılığını ifadə edib. Aktrisa ədalətsizlik qarşısında bəzən susmağın daha təsirli olduğunu düşündüyünü bildirib. O, bu mövzuda olan yanaşmasını belə izah edib: “Məncə də, bir rəf ömrü var. Mən bir haqsızlıq olanda səssiz qalmağa üstünlük verirəm. Çox səs çıxarsaq da, bir şey olmur. Hər şeyi əldə edə bilmirik”.
Bir müddət Hakan Sabancı ilə adı hallanan Soytürk sevgi xəbərləri ilə bağlı sualları da cavabsız qoymayıb. Hazırda həyatında kimsə olmadığını deyən aktrisa bu məsələni zamana buraxdığını qeyd edib. O, münasibətlərə dair fikirlərini “Biraz doğrudur. Hazırda mən seçim etmirəm. Allah qarşıma xeyirli olaraq kimi çıxararsa... Allahın təqdiri” sözləri ilə tamamlayıb.
Geyimi ilə də diqqət çəkən aktrisa üzərindəki kürkün süni olduğunu xüsusi vurğulayıb.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın məlumatına görə Deniz Çakırın kişilərin eyni qaldığı, qadınların isə daim "yenilənməli" olduğu barədə tənqidi ilə razılaşan Rabia Soytürk bu vəziyyətdən narazılığını ifadə edib. Aktrisa ədalətsizlik qarşısında bəzən susmağın daha təsirli olduğunu düşündüyünü bildirib. O, bu mövzuda olan yanaşmasını belə izah edib: “Məncə də, bir rəf ömrü var. Mən bir haqsızlıq olanda səssiz qalmağa üstünlük verirəm. Çox səs çıxarsaq da, bir şey olmur. Hər şeyi əldə edə bilmirik”.