“Kişilik bədənə aid məsələ deyil” Samir Bağırov KONKRET

01.02.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Müğənni Samir Bağırov narkotik asılılığı yaşadığı dövrdə keçirdiyi ağır psixoloji vəziyyətdən və bu mərhələdən necə çıxdığından danışıb.

KONKRET.az xəbər verir ki, “Qapqara” verilişinin qonağı olan sənətçi bildirib ki, həmin dövr onun həyatının ən qaranlıq mərhələsi sayılır:

“Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı”.

Verilişdə sənətçi “kişilik” anlayışına münasibətini də bölüşüb. Onun sözlərinə görə, kişilik zahiri görünüş və ya statusla ölçülmür:

“Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır – tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью