Kişineu aeroportu partlayış təhlükəsi səbəbindən boşaldılıb

17.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 oktyabr, AZƏRTAC

Moldovada paytaxt hava limanının işi sərnişinin baqajındakı maddə və partlayış təhlükəsi səbəbindən iflic olub.

AZƏRTAC xəbər verir ki, “Sputnik Moldova”nın Teleqram kanalında yerli polisə istinadla yayılan məlumata görə, Kişineu aeroportunun binasından həm sərnişinlər, həm də xidmət personalı təxliyə edilib, uçuşlara qeydiyyat dayandırılıb. Sərhəd polisi, həmçinin gəliş və gediş cədvəlində dəyişiklikləri istisna etməyib.

Hazırda hadisə yerində Daxili İşlər Nazirliyinin mütəxəssisləri işləyir.

Bundan əvvəl Böyük Britaniyanın ən böyük hava limanı olan “Hitrou” kimyəvi təhlükə səbəbindən təxliyə edilmiş və bütün reyslər başqa istiqamətlərə yönləndirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью