Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir Moldova XİN

28.05.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.

"Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və səmərəli əməkdaşlığı qiymətləndirir. Dialoqun davam etdirilməsinə və inkişafına ümid edir", - məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью