Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda kişi onu evdən qovan sevgilisini döyüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Cəlilabad rayon sakini İlkin Tarverdiyev paytaxtın Sabunçu rayonunda bir xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri yaranıb və birgə yaşamağa qərar veriblər. Təxminən 6 il sevgili kimi yaşayan cütlük arasında sonradan mübahisə yaranıb.
Bu dövrdə İlkin sərxoş vəziyyətdə sevgilisinin evinə gələrkən qadın ondan pul və evə bazarlıq etməsini istəyib. İlkin isə ona rədd cavabı verib və pulunun olmadığını bildirib. Mübahisə zamanı qadın İlkindən evi tərk etməsini istəyib və onu mənzildən çıxarıb. Bundan əsəbiləşən kişi qadına şillə vurub.
Hadisə yerinə polis əməkdaşları gəlib və İlkin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İ.Tarverdiyev 1500 manat cərimələnib.