Kişinin tok vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

15.09.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunun Masazır qəsəbəsində şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью