Kişisən, yoxsa qadın? Zaxarovadan Paşinyana cavab

04.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı açıqlamasına istehzalı şəkildə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan əvvəllər bazanın Ermənistan üçün həyati əhəmiyyət kəsb etmədiyini və Rusiyanın onu geri çəkmək qərarına gələcəyi təqdirdə İrəvanın etiraz etməyəcəyini bildirmişdi.

Cavab olaraq Zaxarova Paşinyanın sözlərini "Telegram"da yayımlayıb və Mixail Bulqakovun "İt ürəyi" əsərindən sitat əlavə edib: "Sən kişisən, yoxsa qadın?".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью