Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı Rəsmi açıqlama

21.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olduğu müəyyənləşib:

“Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью