Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Xabarovsk diyarında yaşayış məntəqəsində insana hücum edən ayı tutulub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, yırtıcı kənddə aqressiv davranış nümayiş etdirdikdən sonra Topolevo kəndindən təxminən 5-6 kilometr aralıda aşkarlanaraq xüsusi xidmət əməkdaşları tərəfindən ələ keçirilib. Ayının tutulması zamanı onun xəsarət aldığı da müəyyən olunub.
Bildirilir ki, heyvanın hasarın üzərindən keçərkən yaralandığı ehtimal edilir.
Hazırda ayıya baytar həkimlər tərəfindən yardım göstərilir. Müalicə prosesi başa çatdıqdan sonra onun yenidən təbii yaşayış mühitinə buraxılması planlaşdırılır.
NURİYYƏ