Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiyanın Stavropol diyarının Kislovodsk şəhərində sinaqoqu partlatmağı planlaşdıran şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Qurumun məlumatına görə, 2004-cü il təvəllüdlü Rusiya vətəndaşı qadağan olunmuş beynəlxalq terror təşkilatlarından birinin tapşırığı ilə sinaqoqa bomba qoymağı planlaşdırıb.
O, partlayışı ibadətə gələnlərin ən çox olduğu vaxt törətmək niyyətində olub.
Terror aktından sonra Suriyaya gedərək silahlı qruplaşmanın tərəfində döyüşməyi planlaşdıran şübhəli saxlanılıb, əldəqayırma bomba isə müsadirə edilib.
Bizim.Media