Kit Kelloq: “Ukrayna həlledici qışı yaşayır”

22.01.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq Davosda belə deyib.
“Mən başa düşürəm ki, bu çətin qışdır. Kiyevdə nə baş verdiyini anlayıram, temperaturlardan xəbərim var. Amma mən ürəkdən inanıram ki, əgər Ukrayna bu qışdan – yanvar, fevralda – sağ çıxsa, biz mart və aprel aylarına daxil adlasaq, üstünlük Rusiyanın deyil, Ukraynanın tərəfində olacaq”, - Kelloq bildirib.
O, Rusiyanın Ukraynanı məğlub edə bilməyəcəyinə əmin olduğunu bildirib. Kit Kelloqun fikrincə, ağır itkiləri nəzərə alan və müharibədə qalib gəlməyin mümkün olmadığını anlayan Rusiya rəhbərliyi “bu vəziyyətdən ləyaqətlə çıxmaq” yolunu axtarır.
Keçmiş xüsusi nümayəndənin iddiasına görə, çətinlik Rusiya prezidenti Vladimir Putinin “psixoloji cəhətdən artıq elə bir həddə çatmasıdır ki, o, sadəcə olaraq vəziyyətdən çıxa bilmir”. Çünki Putin geri çəkilsə, bunun məğlubiyyət və hərəkətlərinin hamısının uğursuzluq olduğunu etiraf edir.
- Ukrayna üçün hazırlanmış təhlükəsizlik zəmanətləri kifayət qədər güclüdür. Bunlara xarici qoşunların yerləşdirilməsi və Rusiya təcavüzünün qarşısını almağa qadir olacaq 800 minlik ordunun saxlanılması daxildir. Müharibə dayandırıldıqdan sonra Moskva üçün onu bərpa etmək çox çətin olacaq”, - amerikalı məmur vurğulayıb.
Kelloq həmçinin Ukraynanın avqustun 24-də qeyd olunan Müstəqillik Gününə qədər müharibənin bitəcəyinə ümid etdiyini açıqlayıb.
Xatırladaq ki, ötən ilin son günündə “The New York Times (NYT)” nəşri Amerika lideri Donald Trampın öz xüsusi elçisi Kit Kelloqu 2025-ci ilin fevralında “əbləh” adlandırmasının səbəbini açıqlayıb.
Qəzetin məlumatına görə, 2025-ci ilin fevralında Münhen Təhlükəszilik konfransından sonra Kelloqu öz kabinetinə çağıran ABŞ prezidenti ondan soruşub: “Deməli siz Zelenskini qətiyyətli və qətiyyətli və cəsarətli adlandırırsınız?”.
Bu suala müsbət cavab verən Kit Kelloq Ukrayna lideri Volodimir Zelenskini ABŞ-nin keçmiş məşhur prezidenti Abraham Linkoln ilə müqayisə edib. Daha sonra bu söhbəti digər məsləhətçilərə danıaşn Tramp Kelloqun “sadəcə əbləh” olduğunu bildirib.
Bundan əlavə, amerikalı məmurlardan birinin dediyinə görə, Kelloq Münhen Təhlükəsizlik konfransının kluarlarında avropalı siyasətçilərlə söhbətlərdə ABŞ prezidentinin “administrasiyasındakı təcridçilərə qarşı olduğunu” bildirib. O, eyni zamanda, özünü Tramp administrasiaysında avropalıların “ən yaxşı dostu” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью