Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, ancaq müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu nazirliyin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.
Onun sözlərinə görə, mükafatla bağlı bütün hüquqi prosedurlar hazırlanıb: pizza mizza
"Hətta aidiyyəti üzrə təqdim olunub və məsələ razılaşdırılma mərhələsindədir. Mədəniyyət Nazirliyinin prioritetlərindən biri, bəlkə də birincisi, kitab mükafatı və tərcümə proqramıdır. Biz bunu qəbul edirik və hazırda bu istiqamətdə işləyirik".
Şöbə müdiri Kitab mükafatının gələn il üçün elan olunacağını da bildirib:
"Hətta il ərzində bizə kifayət qədər kitab göndərənlər də olub. Məsələn, müəlliflərini tanımadığımız, müxtəlif bölgələrdən göndərilən kitablarla bağlı müraciətlər alırıq. Müəlliflər bildirirlər ki, Kitab mükafatında iştirak etmək istəyirlər. Bu da məsələnin aktuallığını göstərir".