Kitabdan boylanan lənkəranlılar

20.02.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA Lənkəran Regional Elmi Mərkəzin əməkdaşı, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü İltifat Əhmədovun bu adda sənədli povesti kitab halında çapdan çıxıb.

Müəllifin sayca 5-ci olan bu kitabında ömrünün 70 ilini ümumtəhsil məktəblərində və universitetlərdə gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, bir neçə fransız dili dərsliyinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun örnək ömür yolundan bəhs olunur. Sənədli povestdə alimin şəcərəsi, uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik, aspirantlıq, müəllimlik fəaliyyəti, beynəlxalq konfrans və simpoziumlarda iştirakı barədə hekayət onun öz dilindən nəql edilir. 152 səhifəlik kitab “Apostrof-A” mətbəəsində yüksək poliqrafik üsulla, nəfis, rəngli tərtibatda nəşr olunub.

Professor Kamal Dadaşov hazırda Lənkərandakı doğma ata ocağında, Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsinə daxil olan Küvənil kəndində ömrünün ahıl çağlarını yaşayır. Ötən ay 95 yaşı tamam olub.

İstedadlı qələm sahibi olan İltifat Əhmədov hazırda onun həmkarı olmuş digər bir lənkəranlı – 44 günlük Vətən müharibəsində müqəddəs şəhidlik zirvəsinə ucalmış, Mahsun Bağırzadəyə həsr etdiyi “Mahsunun Vətən sevgisi” adlı kitabı çapa hazırlanır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью