Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur.
Hər birimiz, ilk növbədə, ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq.
Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir.
Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.
Ulu öndər Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” adlı miniatür kitabın təqdimat–sərgisində çıxışından.
Bakı, 3 iyun 1995-ci il. Bu əlamətdar gün münasibətilə yazı hazırlamaq istərkən iki mühüm faktı xatırladım.
Birincisi, 2000-ci ilin aprelində (yeri gəlmişkən, iki həftə əvvəl həmin tarixi yubileyin 25 yaşı tamam oldu) Bakıda “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi keçirilirdi.