Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“23 aprel tarixi dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur.
Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib.
1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini - keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, həmin gün dünya ədəbiyyatında simvolik tarixdir.
23 aprel tarixi Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.