KİV: ABŞ aprelin 9 dan Çinə 104 % rüsum tətbiq etməyə başlayacaq

08.04.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, bu barədə Ağ evə istinadən "Fox Business"ın jurnalisti Edvard Lourens məlumat verib.
“Ağ evin mətbuat katibi bildirib ki, əlavə 104 faizlik tariflər Şərq sahili vaxtı ilə günorta saatlarında (Bakı vaxtı ilə 20:00 – red.) qüvvəyə minib. Çünki Çin cavab tariflərini aradan qaldırmayıb”, – o, X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pekinin ABŞ tariflərinə cavab tədbirlərindən əl çəkməyəcəyi təqdirdə, aprelin 9-dan Çindən gələn mallara 50 % əlavə rüsum tətbiq edəcəyi ilə hədələyib.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. Çinə gəldikdə isə ABŞ tarifləri 34 % səviyyəsində müəyyən edilib. Buna cavab olaraq Pekin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün məhsullara 34 % əlavə rüsum tətbiq edəcəklərini açıqlayıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью