KİV: ABŞ də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb

31.01.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

"ICE - rədd ol!" – şüarının səsləndirildiyi qeyd olunub.

Qəzetin məlumatına əsasən, 30 yanvarda etiraz dalğası Minneapolis, Vaşinqton, Nyu-York və digər ABŞ şəhərlərini bürüyüb. Minlərlə nümayişçi həmin gün işə və təhsilə getməyib, bəzi müəssisələr isə müvəqqəti olaraq bağlanıb.

Federal orqanların əməkdaşlarının etirazçılara qarşı iki dəfə, 7 və 24 yanvarda xidməti silahdan istifadə edərək atəş açmasından sonra etirazlar təkrarlanıb. Hadisələrin təfərrüatları araşdırılır. Ağ Ev hər iki halda baş verənlərdə nümayişçiləri günahlandırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью