KİV: ABŞ ın İrana hücumunda Britaniya ona kömək etməyəcək

30.01.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ-ın İrana mümkün hücumunda Böyük Britaniyanın ona kömək etməsi ehtimalı azdır”.

APA xəbər verir ki, bu barədə “The Guardian” Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, London hesab edir ki, İrana ilk zərbə Britaniyanın beynəlxalq hüquq anlayışına uyğun gəlmir. Lakin qəzet qeyd edir ki, Britaniya Hərbi hava Qüvvələri Yaxın Şərqdəki müttəfiqlərini qorumaq üçün İranın cavab zərbəsini dəf etməkdə iştirak edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью