KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək

07.06.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton administrasiyası İranın onlara vura biləcəyi zərərləri kompensasiya etmək üçün Körfəz ölkələrindən olan müttəfiqlərinə İran aktivlərinə çıxış imkanı vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"ABŞ İranın vura biləcəyi gələcək zərərləri kompensasiya və bərpa etmək, eləcə də zərərləri azaltmaq üçün Körfəzdəki müttəfiqlərinə İran aktivlərini təqdim edəcək", - məlumatda deyilir.

Məlumata görə ABŞ maliyyə naziri Skott Bessent ekspertlərə İranın yuxarıda adı çəkilən dövlətlərə vurduğu zərərin dəyərini hesablamağı tapşırıb.

Xəbərdə İranın konkret hansı aktivlərindən söhbət getdiyi bildirilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью