KİV: ABŞ İranla müharibədə “MQ 9 Reaper” PUA larının təxminən dörddə birini itirib

13.08.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25 faizini itirib.

Bu barədə "The Washington Post" qəzetinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ABŞ ordusu ümumilikdə 45 MQ-9 Reaper itirib. Bu PUA-lar Hörmüz boğazı ərazisində İran üçün “asan hədəfə” çevrilib.

Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçan MQ-9 Reaper-lər kəşfiyyat və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Quraşdırılan sensor və silahların növündən asılı olaraq bir PUA-nın qiyməti 30-50 milyon dollar arasında dəyişir.

WP-nin hesablamalarına görə, PUA-ların itirilməsi nəticəsində ABŞ vergiödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür.

Qəzetin məlumatına görə, itirilən PUA-ların hamısı vurulmayıb. Bəzi aparatların operatorları ilə əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью