KİV: ABŞ Maduroya ad günündə “hədiyyə” vermək niyyətindədir

23.11.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Ev Venesuela Prezidenti Nikolas Maduronun ad günündə Karakasa vərəqələrin atılması üzərində düşünür.

Gununsesi.info bildirir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən xəbər verir.

Vərəqələrdə Maduronun həbs və mühakimə edilməsində köməkliyə görə 50 milyon dollar məbləğində mükafatlandırma barədə məlumatın yer alacağı planlaşdırlır.

Vaşinqton bu yolla Maduroya qarşı təzyiqi gücləndirmək, onu istefaya getməyə vadar etmək istəyir.

Qeyd edək ki, noyabrın 23-də Maduronun 63 yaşı tamam olur.(oxu.az)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью