KİV: ABŞ nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər

22.02.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi uzunmüddətli və mürəkkəb münaqişəyə çevrilə bilər və bu, ABŞ-nin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu ələ keçirməsi əməliyyatından daha çətin olacaq.

Oxu.Az xəbər verir ki, məlumatı "New York Times" ekspertlərə istinadən yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İrana məhdud hücumlar edib‑etməyəcəyi barədə suala cavab verərkən, bu variantı nəzərdən keçirdiyini bildirib. Nəşr yazır ki, Trampın İran hökumətinə qarşı müxtəlif tədbirlər planını nəzərdən keçirməsi zamanı ekspertlər xəbərdarlıq ediblər ki, bu hücum ABŞ-ni uzunmüddətli münaqişəyə cəlb edə bilər.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью