KİV: ABŞ nin xəbərdarlığından sonra təlimlər təxirə salındı

31.01.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) xəbərdarlığından sonra İranın Hörmüz boğazında Çin və Rusiya ilə planlaşdırdığı birgə hərbi-dəniz təlimləri təxirə salınıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.

Daha əvvəl yayılan məlumatda bildirilib ki, İran, Çin və Rusiya fevralın sonunda Hind okeanın şimalında birgə hərbi təlimlər keçirəcək. Təlimlər 2019-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə başlayıb və indiyədək yeddi dəfə reallaşıb.

Bununla yanaşı, CENTCOM İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında planlaşdırılan ikigünlük hərbi-dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə həyata keçirməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью