Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ hərbi qulluqçuları Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin edə bilmirlər, çünki onlar Şimali Avropadakı NATO üzvü ölkələrə nisbətən sərt və soyuq şəraitdə əməliyyatlara daha az hazırdırlar.
APA xəbər verir ki, bu iddia ilə Britaniyanın “The Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat verib.
Qəzetin məlumatına görə, ABŞ nümayəndələri 2025-ci ilin mart ayında Norveçin şimalında keçirilən NATO Birgə təlimləri zamanı ciddi çətinliklərlə üzləşiblər.
Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisi üçün Finlandiyadan asılıdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.