KİV: ABŞ Trampın prezidentliyinin ilk 100 günü ərzində Ukraynada sülhə nail olmaq istəyir

24.04.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası hökumətin başına keçdiyi ilk 100 gün ərzində Rusiya və Ukrayna arasında sülh sazişi əldə etməyə çalışır.

APA xəbər verir ki, bu barədə Avropa rəsmisinə istinadən CNN telekanalı məlumat yayıb.

“Hazırda bir çox təfərrüat var. Lakin bir şey dəqiqdir ki, ABŞ 100 gün ərzində sövdələşmənin bağlanmasında israrlıdır”, - məlumatda deyilir.

Mənbə onu da bildirib ki, təklif olunan sövdələşməyə əsasən, Krım Rusiyanın nəzarətində qalacaq. Ancaq Ukrayna prezidenti Volodimir Zelenski üçün bu, olduqca çətindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью