KİV: ABŞ və İran gələn həftə danışıqlara başlayacaq

03.07.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff gələn həftə İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcək.

APA xəbər verir ki, bununla bağlı adı açıqlanmayan iki məlumatlı mənbə “Axios”a məlumat verib.

Bildirilib ki, görüş Norveçin paytaxtı Osloda baş tutacaq.

Hələlik ABŞ və İran sözügedən xəbəri təsdiq etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью