Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ və İsrail İrana hücumun bərpası məsələsini müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İsrail hakimiyyəti İranın raket potensialını sürətlə bərpa etməsindən, eləcə də hərbi və nüvə obyektlərini tələsik yeraltı komplekslərə köçürməsindən narahatdır. İranın ilk hücumu ehtimalına qarşı İsrail ən yüksək döyüş hazırlığı vəziyyətindədir.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, İsrail ABŞ ilə birlikdə yeni əməliyyata başlamaq istəyir. Lakin ABŞ Prezidenti Donald Trampın yeni zərbələr endirilməsi barədə əmr verib-verməyəcəyi və mümkün əməliyyatın hansı formada həyata keçiriləcəyi hələ məlum deyil.
Xatırladaq ki, ötən həftə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru Roman Qofman ABŞ-yə səfər edərək Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ilə görüşüb.