KİV: ABŞ və İsrail Qəzzada razılaşmaya yaxındır

29.09.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrail hökumətləri ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planı ilə bağlı razılaşmaya çox yaxındırlar, lakin HAMAS hərəkatı hələ ki, razılaşmayıb.

APA xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat verib.

“ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner ilə İsrailin baş naziri Benyamin Netanyahunun danışıqlarından sonra ABŞ və İsrail Qəzzada müharibənin dayandırılmasına dair Trampın planı ilə bağlı razılaşmaya çox yaxındır. Rəsmisinin sözlərinə görə, bunun üçün hələ də HAMAS-ın razılığı tələb olunur”, – Ravid “X” hesabında yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью