KİV: ABŞ Venesuelada gizli əməliyyatlara başlamağa hazırlaşır

23.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ yaxın günlərdə prezident Nikolas Maduro hökumətini devirmək məqsədi ilə gizli əməliyyatlar da daxil olmaqla, Venesuelaya qarşı yeni təzyiq mərhələsinə başlamağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın bu cür əməliyyatlara nə vaxt başlamaq qərarına gəldiyi və əməliyyatların miqyası barədə dəqiq məlumat yoxdur. Lakin əməliyyatların yaxın günlərdə başlaması gözlənilir.

“Reuters” onu da qeyd edir ki, ABŞ Venesuela hökumətinə təzyiqi artırmağa çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью