Icma.az bildirir, Report.az saytına əsaslanaraq. ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində kiçik mühərrikli təyyarə binaya çırpılıb.
"Report"un məlumatına görə, bu barədə yerli polis idarəsi “X”də bildirib.
Polisin məlumatına görə, qəza Reymer prospekti ilə Gilbert küçəsinin kəsişməsində baş verib.
Şəhər sakinlərinə hadisə baş verən ərazini tərk etmək tövsiyə olunub. Polisin ölənlər və ya yaralananlar barədə məlumatı yoxdur.
Bununla belə, “BNO News” portalı təyyarə qəzasında azı 11 nəfərin yaralandığını bildirib.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.