Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Missuri ştatının Cefferson Siti şəhərində yaşayış binasında partlayış olub.
“Report” xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, dağıntıları təmizlədikdən sonra yanğınsöndürənlər 6 nəfəri xilas edə biliblər.
Onlar xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. İki zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb.
Binanın dağılmasına səbəb olan partlayışın səbəbi müəyyənləşdirilir.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.