KİV: Aİ İrana qarşı sanksiyaları təsdiqləyib

28.01.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Avropa İttifaqına üzv ölkələrin səfirləri İrana qarşı sanksiyaların tətbiqini təsdiq ediblər.

APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

Məlumata görə, bu qərar ölkədə etirazların qəddarlıqla yatırılması nəticəsində minlərlə insanın həlak olması və İranın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək göstərməsi ilə bağlıdır.

“Aİ səfirləri İranda etirazların yatırılması ilə bağlı Tehranla bağlı sanksiyalara “yaşıl işıq” yandırdılar – 15 nəfər və 6 təşkilat hədəfdədir. Bundan əlavə, İranda Ukraynaya qarşı müharibəyə kömək göstərənlərə qarşı ayrıca sanksiyalar tətbiq olunub – 4 nəfər və 6 təşkilat”, – “Azadlıq Radiosu”nun redaktoru Rikard Yozvyak bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью