Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Avropa Komissiyası müharibənin sonunda Ukraynanın bərpası üçün təxminən 200 milyard avro
APA xəbər verir ki, bu haqda məlumatı bir neçə avropalı rəsmiyə istinadən “Politico” yayıb.
Məlumata görə, bu şənbə Danimarkanın Kopenhagen şəhərində Aİ-nin 27 xarici işlər naziri arasında baş tutacaq qeyri-rəsmi görüşdə aktivləri Ukrayna üçün daha çox gəlir gətirə biləcək və Rusiya döyüşləri dayandırmaqdan imtina etdikcə ona təzyiqi artıracaq riskli investisiyalara yönəltmək planları müzakirə ediləcək.
“Biz Ukraynanın müdafiəsi və yenidənqurulmasına töhfə vermək üçün Rusiyanın dondurulmuş aktivləri üzərində işləri irəlilədirik”, — deyə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen açıqlama verib.
“Politico”nun yazdığına görə, bir çoxları bu sxemi aktivlərin müsadirə olunması və Ukraynaya ötürülməsi üçün bir addım kimi görürlər ki, bu da Rusiyanın müharibədən sonra təzminat ödəməkdən imtina etməsinə cəza ola bilər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.