KİV: Almaniya Müdafiə Nazirliyi parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir …
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
KİV: Almaniya Müdafiə Nazirliyi parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir Almaniya Müdafiə Nazirliyi maliyyələşdirmə problemlərinə baxmayaraq, hərbçilər üçün yeni parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Müdafiə Nazirliyi cümə axşamı büdcə komitəsinə müvafiq ərizə təqdim edib.
Qeyd olunur ki, tələb olunan məbləğdən hərbi qurumun artıq 306 milyon avrosu var və daha 519 milyon avro tapmaq lazımdır.
Bunun üçün büdcə komitəsi növbəti iclasında bu vəsaitin ayrılmasını təsdiqləməlidir.
Hazırda Bundesverdə (Almaniya Silahlı Qüvvələri) təxminən 179 min hərbçi var.
2031-ci ilə qədər onların sayının 203 minə çatdırılması planlaşdırılır. Bu halda hər parad geyimi dəsti 4 min avroya başa gələcək.
Tam oxu
Xəbəri oxu