KİV: BƏƏ İranın aktivlərinin dondurulması imkanlarını araşdırır

06.03.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BƏƏ İranın ölkədəki aktivlərinin dondurulmasını nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İranın BƏƏ-də milyardlarla dollar dəyərində olan aktivlərinin, xüsusilə də SEPAH-a bağlı bank hesablarının dondurulması planlaşdırılır.

Eyni zamanda, BƏƏ rəsmiləri valyuta mübadilələrinin çətinləşdirilməsi, eləcə də İran gəmilərinin saxlanılması da daxil olmaqla, İrana qarşı iqtisadi addımlar atmağı nəzərdən keçirir.

Bu tədbirlər İranın BƏƏ ərazisini hədəfə almasına cavab olaraq atılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью