KİV: Boko Haram silahlıları Nigeriyada 20 balıqçını öldürüblər

24.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında azı 20 balıqçını öldürüblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters2 agentliyi təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nadan Harri kəndi yaraqlıların qəfil hücumuna məruz qalıb. Öldürülənlər arasında bir uşaq da var. Borno əyalətinin hərbçiləri və rəsmiləri hələ hücum barədə açıqlama verməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью