KİV: Britaniya kralının qardaşı “Epşteyn işi”nə görə Vindzordakı evini tərk edib

04.02.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindsor “Epşteyn işi” ilə bağlı Vindzordakı kral malikanəsində yerləşən evini tərk edib.

APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Kralın qardaşının illərlə yaşadığı evi tərk etməsinin “Epşteyn işi” üzrə araşdırmaların nəticəsi ilə bağlı olduğu bildirilir.

Məlumata görə, o, Şərqi İngiltərədəki Norfolk əyalətindəki Sanderinqem malikanəsindəki kiçik bir kottecə köçüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью